Parla®-nın üstünlükləri

blog

Parla®-nın üstünlükləri

Sayrışma

Parla® lampalarının istehsalı zamanı ancaq və ancaq sertifikatlı möhürlü platalardan (PCB) (əsasən Sinqapur və Tayvan mənşəli) istifadə edilir və bəzi keyfiyyətsiz markalardan fərqli olaraq, insan üçün zərərli olan sayrışma yoxdur.

Yoxlanılmış lampalar

Parla® lampalarının hər biri müxtəlif gərginlik və cərəyan sınaqlarında keçirilib, yoxlanılır. İstehsal prosesi zamanı xətalı olan lampalar istehsal xəttindən çıxarılır və yalnız sınaqdan uğurla çıxmış lampalar paketlənərək, istehlakçılara təqdim olunur.

Lumen testi

Bəzi markalardan fərqli olaraq Parla® lampaları qutularının üzərində yazılan vatt və lumen (parlaqlıq) göstəriciləri əsassız olaraq yazılmır, tam əksinə, həmin göstəricilər beynəlxalq standartlar qaydalarına riayət edən cihazlarla ölçülür.

Zəmanət

Parla® lampalarının istehsal zavodu Bakı şəhərində yerləşir və müştərilərin ziyarət etdiyi pərakəndə satış məntəqələrinə də həmin yerdən təqdim edilir. Məhsullarımızın keyfiyyətinə  əmin olduğumuz üçün və məhsullarımızın paylanması zamanı logistika şərtlərimiz asanlıqla imkan verdiyi üçün, hətta keyfiyyətli Avropa markalarının belə təqdim edə bilmədiyi zəmanəti müştərilərimizə təqdim edirik.

Azərbaycan məhsulu

Parla® lampaları tam vergi qanunvericiliyi və digər qanunvericiliyə tabe olaraq Vətənimizdə istehsal olunur. Siz Parla® lampası aldıqda azərbaycanlı işçiləri, mal satanları, xidmət göstərənləri və iqtisadiyyatımızı dəstəkləmiş olursunuz.