FAQ

1 ədəd 10 vattlıq Parla®LED lampası ənənəvi lampa ilə müqayisədə 1 ildə 14.2 AZN-ə qənaət etmək deməkdir. 

Keyfiyyətsiz LED lampalar rahat şəkildə 5.000-10.000 saat işləyə bilir. Lakin aşağıdakı 4 faktor LED lampaların istismar dövrünü  olduqca qısaldır:

  1. 1. Elektrik şəbəkəsində cərəyanın dəyişkənliyi. Şəbəkədəki cərəyan, gərginlik artıb azaldıqda, bu LED lampasının sıradan çıxmasına səbəb olur. Bu problemi həll etmək üçün Parla® lampalarında ən keyfiyyətli drayverlərdən istifadə olunur.
  2. 2. Lampanın istilənməsi. LED lampalar elektron cihazlar olduğu üçün havalanma dövriyyəsi zəif olan və isti yerlərdə tez sıradan çıxır. Bu səbəbdən bütün Parla®   lampalarının içərisində alüminium istilik ötürücü lövhələrdən istifadə olunur. Buna baxmayaraq, LED lampalar çox qapalı və havasız yerlərdə istifadə olunduqda, onların istismar dövrü qısalmış olur. 
  3. 3. Havadakı  nisbi rütubət. Bir qayda olaraq, LED lampalar  nisbi rütubətliyi 80%-dən aşağı olan yerlərdə istifadə olunmalıdır. Əks halda, lampanın ömrü xeyli qısalmış olacaqdır.
  4. 4. Voltaj. LED lampa analoji  voltaj əsasında istifadə edilən cihazlarda istifadə olunmalıdır. Əgər siz, 40V vatt ilə işləyən cihaza 10V vatt LED lampa taxsanız, bu lampanın drayverini lazım olandan çox yükləyəcək və lampa  tez bir zamanda sıradan çıxacaqdır. 

Bəli. Əksər LED lampalar qutularının üzərində yazıldığı kimi, 10-20 il işləyə bilsə də, bunun üçün daim ideal şəraitin olması vacibdir. İdeal şərait dedikdə, daim sabit cərəyan və lampanın yerləşdiyi şəraitin  sərin (-20 dərəcə və +35 dərəcə arasında) olması nəzərdə tutulur. Bunlardan əlavə, havanın nisbi rütubətliyi 80%-i keçməməlidir. LED lampa sıradan çıxdıqda isə adətən, onun LED hissəsi deyil, içərisindəki drayver sıradan çıxmış olur.

Bəli. LED lampalar daim elektrik enerjisi xəttinə qoşulmuş  vəziyyətdə qaldıqda, bu onun ömrünü demək olar ki, qısaltmır. Bu zaman yalnız elektrik xərclərinə qənaət üçün istifadə olunmayan lampaları söndürmək məsləhətdir. 

Xeyr. LED lampaları ənənəvi lampalardan fərqli olaraq, tez-tez söndürüb yandırmaq onların ömrünü qısaltmır. LED lampaların ömrünü qısaldan cərəyanın azca da olsa azalıb-artmasıdır və ifrat isinməsidir. 

Bəli. Bütün LED lampalar istifadə olunduqca, işıq ifrazının 70%-ə qədər azalmasınn göstəricisi olan L70 deyilən nöqtəyə çatırlar . Həmin lampalar zəif işıq versə belə, sıradan çıxmış sayılır.

Əgər LED lampa qutusunun üzərində 15000 saat yazılmışdırsa və lampa gün ərzində 7 saat istifadə olunursa, deməli lampanın 15000 / 7 saat  /365 gün  = 5.9 il ömrü olacaqdır. Qeyd etmək lazımdır ki, bu müddət ideal şəraitdə, yəni cərəyanın çox az belə dəyişmədiyi və istiliyin çox olmadığı şəraitdə mümkündür.

Bəli. Parla® LED lampasını asanlıqla aldığınız dükana geri qaytara bilərsiniz. Qaytarma şərtləri isə bunlardır: lampa qutusunun içində olmalı və son qaytarma tarixi ötməmiş olmalıdır. Tağısoy Elektrik MMC bütün pərakəndə dükanlarına Parla® lampalarını qaytarmaq istəyən müştərilərə heç bir sorğu sual etmədən, çek tələb etmədən, zəmanət talonu tələb etmədən, habelə sıradan çıxma səbəbini soruşmadan geri qaytarmaq göstərişini vermişdir. Siz hətta lampanı aldığınız dükana deyil, eyni məhsulu satan başqa dükana belə qaytara bilərsiniz. Lakin bəzi dükanlar və supermarketlər öz daxili siyasətlərinin  bir hissəsi olaraq, çek tələb edə bilərlər. 

Son qaytarma tarixi son istifadə tarixi demək deyil və lampanız bu müddət bitdikdən sonra da işləməyə davam edəcəkdir. Sadəcə olaraq, firmamız tərəfindən müştəriyə təqdim edilən 1.5 il zəmanət prosesinin asan həyata keçirilməsi və zəmanət talonunun yazılıb sonra tələb olunmaması üçün belə bir üsul seçilmişdir. Bir qayda olaraq, istehsal olunan Parla®LED lampaları ən geci 2 ay sonra rəfdən çıxaraq müştərilər tərəfindən satın alınır. O səbəbdən, istehsal günü lampanın üzərinə 2 ay + 18 ay tarixi hesablanmaqla, son qaytarma tarixi qeyd olunur.