Haqqımızda

Image
3 - İlin təcrübəsi

Haqqımızda

Sizi saytımızda salamlamağa şadıq!

        Müştəri məmnuniyyətinin bir nömrəli prioritet kimi qarşısında məqsəd qoyan komandamızla yüksək məhsul keyfiyyətinə, etibarlılığa və məsuliyyətə zəmanət veririk. Uzun illərdir Azərbaycan bazarında fəal olan təsisçilər tərəfindən yerli sərmayə əsasında qurulmuş şirkətimiz 2020-ci ildə qeydiyyatdan keçmişdir. Şirkətimiz öz hərtərəfli məhsulları ilə müştərilərə yalnız LED lampaların alınması imkanını verməklə kifayətlənmir, həm də istehlakçıların işıqlandırma ilə əlaqəli bütün qayğılarını nəzərə alaraq onlara sərfəli qiymət qarşılığında ən yaxşı dəyər təqdim etməyə can atır.

        Tağısoy Elektrik MMC şirkəti öz məhsullarına və onların tədarükünə zəmanət verir. Sevimli markamızın adı isə Parla® -dır.

        Bu gün mənzillərdə divar və tavan lampalarının, çilçıraqların, məişət avadanlığının, reklamların, memarlıq abidələrinin, meydan və bağların, ailə şənliklərinin daha parlaq və cazibədar işıqlandırmasını təşkil edərkən Parla gündəlik həyatımız və istirahətimizdə geniş istifadə olunur. Ona görə də, Parla lampalarının alınması ilə siz, onların etibarlılığının, səmərəliliyinin, istismarda təhlükəsizliyinin, eləcə də xərclərinizə qənaətin harmoniyasına nail olmuş olacaqsınız.

        Ayda 300,000 ədəd lampa istehsal potensialına malik şirkətimiz standart  lampalar, çilçıraq lampası, spot lampa, panel lampa, küçə lampası, proyektor (floodlight), elektrik açarının istehsalında şöhrət qazanaraq nailiyyətlərini gələcəkdə digər malların istehsalı ilə daha yeniləmək niyyətindədir. Bir sıra istehsalçılardan fərqli olaraq, bizim qutuların üzərində yazılan göstəricilər satılan malın  həqiqi parametrini göstərir, çünki şirkətimizin qayəsini dürüstlük təşkil edir.

        Şirkətimiz nümunəvi xidmət və məsləhətlər, LED lampaların keyfiyyətli və zəmanətli çeşidlərinin təminatını və bir distributor kimi, onların pərakəndə satış mərkəzlərinə çatdırılmasını uğurla həyata keçirir. Parla LED işıqlandırmasını seçərək, siz ətraf mühitə müsbət təsir etməklə yanaşı, enerji sərfiyyatının azaldılması məqsədlərinizə də əhəmiyyətli töhfə verə bilərsiniz. Çünki biz yalnız keyfiyyətli xammaldan istifadə edirik və məhsullarımız qanunvericiliyin tələblərinə, eləcə də ISO9001 standartlarına və beynəlxalq normativlərə tam cavab verir. Bütün mallara 1 il zəmanət veririk və  qaytarılmaq istənilən malın sorğu-sualsız qaytarılmasını həyata keçiririk. Biz sizə enerjiyə qənaət, məhsullardan daha uzun ömürlü istifadə və daha yaxşı işıqlandırmaya nail olmaq şansları qazandırırıq.

        Bizə etibar edin ki, evinizi, ofisinizi, küçənizi və obyektinizi daha çıraqban, düşüncələrinizi və ovqatınızı daha aydın edək.