LED lampa seçərkən, nələrə diqqət etməli?

blog

LED lampa seçərkən, nələrə diqqət etməli?

LED lampalar ənənəvi və xalq arasında “spiral” adı ilə tanınan kompakt fluoresent lampalardan fərqli olduğu üçün seçim vaxtı fərqli cəhətlərə fikir vermək lazımdır. Bu cəhətlər aşağıdakılardır:

Vatt yox, Lumen. Ənənəvi lampalarda vatt nə qədər çox olarsa, parlaqlıq da bir o qədər çox olduğu üçün istehlakçılar vatt göstəricisini parlaqlığın göstəricisi kimi başa düşür, amma əslində o göstərici lampanın nə qədər enerji mənimsədiyini bildirir. Adi lampalarda bu göstərici ilə kifayətlənmək mümkün olsa da, LED lampalarda az enerji istifadə olunduğu üçün digər bir göstəriciyə diqqət etmək lazımdır. -Lumen. Lampanı almaqda məqsədin işıqlandırma olduğunu nəzərə alsaq,  lampa seçərkən, onun mənimsəyə biləcəyi enerjiyə deyil, onun  yaydığı parlaqlığa diqqət etmək lazımdır; parlaqlığın göstəricisi isə  məhz lümendir. Belə ki, 60vattlıq ənənəvi lampanın verdiyi işıq təxminən 800 lümendir və siz eyni lümeni cəmi 8-12 vatt olan LED lampa ilə əldə edə bilərsiniz. LED lampalarda 1 vatta düşən lümen 80 və 110 arasında dəyişdiyi üçün, eyni vatt mənimsəyən müxtəlif markalar az da olsa fərqli parlaqlıq verə bilir. Aşağıdakı cədvəl ənənəvi lampa ilə eyni işığı əldə etmək üçün hansı LED lampanı seçə biləcəyinizi göstərir:

Parlaqlıq (lümen)

Ənənəvi lampa

Adi LED lampa

Parla®

450

40 vatt

6-9 vatt

5 vatt

800

60 vatt

8-12 vatt

8 vatt

1100

75 vatt

9-13 vatt

10 vatt

1600

100 vatt

14-20vatt

15 vatt

2600

150 vatt

25-28 vatt

24 vatt

Doğru rəng seçimi. Ənənəvi lampalar açıq sarımtıl rəngdə olsa da, LED lampalar ağ rəngin  müxtəlif tonlarında ola bilər. Bir qayda olaraq, istehlakçılar müxtəlif mühitlər üçün müxtəlif tonlardan istifadə edir, lakin ən populyar rənglər tam ağ (6500K) və sarımtıl ağ (3000k) rəngləridir.

Enerjiyə qənaət. İlk başda LED lampaların alış qiyməti digər lampalardan baha olur, lakin növbəti aylardakı enerjiyə qənaət nəzərə alınanda, əslində LED lampasından istifadənin daha ucuz olduğu məlum olur. Müxtəlif istehsalçıların LED lampaları fərqli enerji qənaəti potensialına malik olur. Etibarlı göstərici olaraq PF (power factor) göstərici dəyərinin 50+ olmasına diqqət edin. Bütün Parla® lampalarının PF göstəricisi 50 və daha yuxarıdır.

Dumanlandırma qabiliyyəti. Adi lampalardan fərqli olaraq LED lampaların parlaqlığının nizamlanması mümkün olmur. Bu səbəbdən işığı nizamlayan cihazlar üçün LED lampalar uyğun olmaya bilər. Bu halda həmin LED lampaların qutularında “non-dimmable” yazısı olur.

Qapalı mövqelər üçün lampa. LED lampalar bütün elektron cihazlar kimi qızarkən, tez sıradan çıxdığı hava dövriyyəsi olmayan mövqelər üçün ənənəvi lampalardan yaxud “spiral” kompakt fluoresent lampalardan istifadə etmək daha məqsədəuyğun ola bilər. Bu o demək deyil ki, həmin yerlərdə LED lampalardan istifadə etmək olmaz, sadəcə nəzərə almaq lazımdır ki, həmin yerlərdə LED lampanın faydalı ömrü xeyli azalacaqdır.