LED lampanın istifadəsinin tətbiqinə başlamaq üçün səbəblər

blog

LED lampanın istifadəsinin tətbiqinə başlamaq üçün səbəblər

LED lampaların 20 ildən artıqdır ki, istehlakçılara əlçatan olmasına və inkişaf etmiş ölkələrdə LED lampaya keçid 95% tamamlanmış olmasına baxmayaraq, təəssüf ki, yerli istehlakçılarımızda bu keçid hələ tam başa çatmamışdır. Keçiddə ləngimənin əsas səbəbi onların məlumatsızlığı ilə əlaqədardır.

Bu səbəbdən LED lampaların ənənəvi və xalq arasında “spiral lampa” kimi tanınan kompakt fluoresent lampalardan (KFL) üstünlüklərini aşağıda diqqətinizə çatdırırıq:

1.      LED lampalar qızmır. LED lampalar ənənəvi və “spiral” lampalardan fərqli olaraq, istifadə zamanı qızmır. Bu xüsusiyyət nəinki lampanı dəyişərkən əlimizin yanmasına səbəb olmur, hətta isti aylarda otağın və stolüstü lampa istifadə zamanı masanın qızmasına gətirib çıxarmır.

2.      Dərhal işıqlanma. “Spiral” lampalardan fərqli olaraq, LED lampalar xəttə qoşulan  kimi dərhal yandığından, tədricən aydınlaşmanı gözləməyə ehtiyac qalmır.

3.      Müxtəlif rəng çalarları. Ənənəvi və “spiral” lampadan fərqli olaraq LED lampaların onlarla müxtəlif rəng seçimi vardır.

4.      Zərərli maddələr. LED lampalarda civə, qaz və ya fosfat maddələri istifadə olunmur.

5.      Uzun ömür. Ənənəvi lampaların 1000 saat ömrü olduğu halda, keyfiyyətli istehsal olunmuş LED lampasının 15000 və hətta daha çox ömrü olur.

6.      Qırılmazlıq. LED lampaların gövdəsi və başlığı plastik materiallardan hazırlandığı üçün  ənənəvi və “spiral” lampalarından fərqli olaraq, yerə düşdükdə və ya bərk sıxdıqda qırılmır.

7.      Qidalar üçün zərərsiz işıq. Ultrabənövşəyi şüalar qidalardakı bəsləyici maddələri parçaladığı üçün marketlərdə və mətbəxdə LED lampaların istifadəsi daha məqsədəuyğundur.

8.      Ətraf mühit. 1 ədəd LED lampası atmosferə digər lampalardan 100-lərlə kiloqram daha az karbon-dioksid (CO2) atılmasına səbəb olur. LED ümumiyyətlə ənənəvi lampadan 90%, “spiral” lampalarından isə 50% az karbon-dioksid tullantısına səbəb olur. 

9.      Tam təkrar emal edilə bilən. LED lampaların 95% hissəsi tam olaraq təkrar emal edilə bilir. Buna görə də LED lampalar ənənəvi lampa və “spiral” lampalar qədər ətraf mühitin çirklənməsinə gətirib çıxarmır.

10.   Həşəratdan azad şərait. Ənənəvi lampalar ultrabənövşəyi şüalar yayır və bu şüalar insan gözü ilə görünməsə də, həşəratların gözü ilə görünür və onları özlərinə cəlb edir. LED lampalar isə ultrabənövşəyi şüalar yaymadığı üçün həşəratları özünə cəlb etmir. Bu xüsusiyyət axşamlar bağlarda və həyətdə xüsusilə faydalı olur.

11.  QƏNAƏT! QƏNAƏT! QƏNAƏT! Əgər siz 1 ədəd 100 vatt olan ənənəvi lampanı ildə 2350 saat yandırsanız (gündə 7 saat x 360 gün=2520 saat) təxminən 252 kilovat elektrik istifadə etmiş olacaqsınız. Amma eyni işığı təmin edən alternativ 14 vatt olan LED lampa ilə sadəcə 35 kilovat enerji istifadə olunacaqdır. Yəni siz azı 85% enerjiyə qənaət etmiş olacaqsınız.

Aşağıdakı cədvəl lampaların yaratdığı xərclərin müqayisəsini göstərir:

Lampa

Vatt

Alış qiyməti

İl ərzində neçə dəfə dəyişilir*

Aylıq elektrik sərfiyyatı

İllik sərfiyyat

Elektrik tarifi

Elektrik xərci

Cəmi Xərc

Öz xərcini neçə aya çıxardır

Ənənəvi lampa

100 Vatt

                     0.9 ₼

1.50

36.0

432.00

0.08- 0.13 AZN**

     36.9 ₼

38.23

-

Keyfiyyətsiz LED lampa

16-17 Vatt

                     2.0 ₼

1.33

6.1

73.44

0.08- 0.13 AZN**

       5.9 ₼

8.54

1.24

Avropa keyfiyyətli marka

15 Vatt

                     5.6 ₼

0.67

5.4

64.80

0.08- 0.13 AZN**

       5.2 ₼

8.92

0.44

Parla®

15 Vatt

                     2.5 ₼

0.67

5.6

67.20

0.08- 0.13 AZN**

       5.4 ₼

7.04

1.04

* Bir lampanın 3 il ərzində neçə dəfə dəyişdiyini nəzərə almaqla 1 illik ehtiyac hesablanıb

 

** Tarif şurasında əsasən aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 0.08 AZN, 200-300kVts-a qədər 0.09 AZN, 300 kVts-dan yuxarı üçün 0.13 AZN təşkil edir.

 

Cədvəldən də göründüyü kimi, 1 ədəd LED lampası adi lampadan fərqli olaraq bütün xərclər nəzərə alındıqda, ildə 29 AZN-ə yaxın qənaət deməkdir. Lakin nəzərə alsaq ki, bütün evlərdə 1 deyil 10 və daha çox lampadan istifadə edilir və sərfiyyat zamanı tarif şurasının təyin etdiyi 300 kVts limit aşılır, o zaman mənzərə tamamilə fərqli olur.

6 ədəd 60 vatt və 4 ədəd 100 vatt istifadə edildikdə illik xərc 288 AZN olur.

12.   İqtisadiyyata qazanc. Əgər bütün Azərbaycan ancaq LED lampalardan istifadə etsə, bu ildə 500 milyon AZN-dən çox qənaət deməkdir.