LED lampaları necə qorumalı

blog

LED lampaları necə qorumalı

LED lampaların məhsuldarlığının qoruması və tez sıradan çıxmaması üçün aşağıdakı bir sıra tədbirləri görmək məsləhətdir:

Gərginlik artımından qoruyun -  LED lampalar gərginlik artımına qarşı çox həssas olur. Əslində LED lampaların çox tez sıradan çıxmasının əsas səbəblərindən biri gərginliyin qəfil sıçrayışıdır. Keyfiyyətli LED lampalarda gərginlik artımına qarşı qoruyan mexanizm olur, lakin bəzən bu mexanizm kifayət etməyə bilər. Elektrik şəbəkəsini gərginlik artımından qoruyan cihazlar bu problemin ən yaxşı həllidir.

Yuxarı temperaturdan qoruyun -LED lampaların ən böyük düşməni istilikdir. Əslində tavan hissələr  otaqların ən isti sahələridir. Ancaq bəzi otaqlarda, koridorlarda heç bir hava axını olmadığı üçün tavan hissə xüsusilə çox tez qızır. Həmin yerlərdə LED lampaların ömrü xeyli azalır. Bu səbəbdəndir ki, bəzi evlərdə digər otaqlarda LED lampalar uzunömürlü olsa da, hansısa bir otağın lampaları markadan asılı olmayaraq çox tez sıradan çıxır. Əslində, adətən bu hallarda problem elektrik şəbəkəsindən yaxud işıqlandırma mənbəyində deyil, həmin sahədə hava axını olmadığı üçün temperaturun çox yüksəlməsindən  irəli gəlir.

Həşəratlardan qoruyun -LED lampalar çox az istilik yaydığı üçün az həşərat cəlb edir, lakin bəzi həşəratlar yenə də yaxınlaşır.

Cihazın voltajına diqqət edin -Mütləq istifadə olunan cihazın yaratdığı voltaja diqqət edilməlidir. Belə ki, əgər siz 50 vatt yaradan cihaza 12 vatt LED lampa taxsanız, lampanın drayveri lazım olandan çox yüklənəcək və lampa olduqca tez sıradan çıxacaqdır.

Fiziki zərbələrdən qoruyun -LED lampalar adətən plastik üzlüklü olsa da, xüsusilə də həyətyanı sahədə (quşlar və s. tərəfindən) fiziki zərbələr onların çox asanlıqla sıradan çıxmasına səbəb olacaqdır. Bu baxımdan, həyətyanı sahədə daha qalın qoruyucusu olan işıqlandırma sistemləri istifadə etmək məqsədəuyğundur.

Daxili yaxud çöl işıqlandırmanı düzgün seçin -daxili işıqlandırma üçün nəzərdə tutulmuş LED lampaları heç bir mühafizə edilməyən həyətyanı sahələrin işıqlandırılmasında istifadə etmək səhv addımdır. LED lampaların suya və toza  davamlılığı IP göstəriciləri ilə ölçülür. Suya və toza  davamlı olan lampaların qablaşdırmasında “IP65” yazısı olmalıdır. Eynilə də, çöl üçün nəzərdə tutulmuş lampaları daxili işıqlandırmada istifadə etmək qeyri-effektivdir.