Hər otaq üçün məsləhət görülən LED lampa sayı və rəngi

blog

Hər otaq üçün məsləhət görülən LED lampa sayı və rəngi

Lümen Seçimi.

Yaşadığımız məkanlarda işıqların parlaqlığı və rəngi bizə həm psixoloji, həm də fiziki olaraq təsir edir. Bu səbəbdən, bir otağın sahəsi və istifadə məqsədindən asılı olaraq, həmin məkan üçün müxtəlif parlaqlıq və ağ rəngin müxtəlif çaları tələb olunur. Adi halda, mərkəzdən işıqlandırmalı və açıq rəngli divarları olan 16 m2 sahəyə malik yataq otağı üçün 2800 Lümen, 30 m2 sahəsi olan mərkəzdən işıqlandırmalı zal üçün isə 5900 lümen parlaqlığa ehtiyac vardır. 2800 lümen əldə etmək üçün 5 ədəd 5 vatt, yaxud 2 ədəd 12V vatt Parla® lampası lazımdır. 5900 Lümen əldə etmək üçün 11 ədəd 5 vatt, yaxud 6 ədəd 10 vatt, yaxud 5 ədəd 12V vatt, yaxud 4 ədəd 15V vatt Parla® LED lampası tələb olunur.

 

Adi halda otaqların işıqlandırması aşağıdakı kimi olmalıdır:

Otaq

Lazım olan parlaqlıq

Zal

hər m2 üçün

100-200 Lümen

Yemək otağı

hər m2 üçün

300-400 Lümen

Yataq otağı

hər m2 üçün

100-200 Lümen

Hamam

hər m2 üçün

700-900 Lümen

Koridor

hər m2 üçün

500-1000 Lümen

Mətbəx (ümumi sahə)

hər m2 üçün

300-400 Lümen

Mətbəx (iş sahələrindən asılı olaraq )

hər m2 üçün

700-900 Lümen

Bu cədvələ əsasən, məsələn, 25 kv.m sahəsi olan bir yataq otağı üçün 2500-5000 lümen işığa ehtiyac vardır. Nəzərə alsaq ki, bir Parla® 12 vatt lampasında 1300 lümen parlaqlıq olur, deməli həmin otağa ən azı 2, ən çoxu 4 Parla® lampası kifayət edəcəkdir.

 

Rəng seçimi.

Ağ rəng işıq istifadəçinin daha enerjili və diqqətli olmasında kömək edir. Bu səbəbdən kitab oxunulan, iş görülən otaqlarda ağ işıq daha məqsədəuyğundur. Sarı işıq isə  istifadəçinin daha sakit və rahat olmasına kömək edir. Bu səbəbdən, yataq otağı kimi sahələrdə nisbətən sarı işıqlar məqsədəuyğundur.

LED lampaların rəngini (verilmiş səhifəyə istinad edin) seçmək üçün aşağıdakı normalardan istifadə etmək məsləhət görülür:

Yataq otağı. Yataq otaqları üçün dümağ rəngdən deyil, nisbətən sakitləşdirici effekti olan sarımtıl rəngdən istifadə etmək lazımdır. Bu yatmaq ərəfəsində beynimizə zəruri  olan melatonin istehsalını asanlaşdırır. Məsləhət görülən rəng diapazonu: 2700K-3000K

Evdəki iş otağı. Evdə işləyərkən, bizə lazım olan enerjiyə və diqqəti cəmləşdirməyə malik olmaq əsas şərtdir. Dümağ işıq bu məsələdə bizə kömək edir. Odur ki, otağı ağ işıqla işıqlandırmaqla yanaşı, ağ işığı olan stolüstü lampadan istifadə də eynilə məqsədəuyğundur. Məsləhət görülən rəng diapazonu: 3000K-5000K.

Yaşayış otağı, yemək otağı, zal. Adətən bu otaqlara günəş işığı gün ərzində düşdüyü üçün və axşamlar da qonaqlıq, yaxud TV-ə baxma, yaxud digər fəaliyyətlər üçün istifadə olunduğu üçün dümağ işıqlardan vaz keçmək lazımdır. Məsləhət görülən rəng diapazonu: 2200K-3000K.

Mətbəx. Günə başlayarkən, daxil olduğumuz ilk otaqlardan biri olduğu üçün mümkün qədər ağ rəngli işıqla təmin olunduqda, mətbəx bizim oyanaraq enerji dolu ayıq qalmağımıza müsbət təsir edir. Həmçinin mümkün qədər ağ rəng gigiyenik təmizləmə zamanı ev sakinlərinə kömək edir. Məsləhət görülən rəng diapazonu: 3000K-5000K.

Hamam. Gün ərzində ilk daxil olduğumuz otaqlardan biri olduğu üçün yuxudan ayılmamıza yardımçı olsun deyə və şəxsi gigiyena üçün çox aydınlıq lazım olduğu üçün hamamlarda dümağ işıq məqsədəuyğundur. Otağın sadəcə tavanına deyil, müxtəlif yerlərini də ağ işıqla təmin etmək məsləhət görülür. Məsləhət görülən rəng diapazonu: 4000K-6500K.

Dəhliz əraziləri. Bu sahələr üçün 2700K-4000K rəng diapazonlu LED lampa məsləhət görülür.  Lazım olan yerləri əlavə işıqla təmin etməklə, otaqlar arasında işıqların balansının yaradılması mümkündür.