LED lampaların istifadə sahələri və digər lampalarla müqayisəsi

blog

LED lampaların istifadə sahələri və digər lampalarla müqayisəsi

LED lampalar ümumi işıqlandırma yaxud xüsusi işıqlandırma tələb edən sahələrdə istifadə oluna bilir. Ağ işıq saçan LED lampalar düzgün temperaturda istifadə edildikdə, digər lampalardan daha uzunömürlü və 1 vatta düşən işıq yayma baxımından daha effektiv olur.

LED işıqlandırma mənbəyinin kompakt olması  nəinki asanlıqla müxtəlif ölçü və formada lampa istehsalına imkan verir, həm də istənilən cür işıqlandırma qurğusu dizaynının tətbiq edilməsinə imkan verir.

LED işıqlandırmanın əsas tətbiq sahələri aşağıdakılardır:

Daxili işıqlandırma üçün-LED lampalar, spot lampalar, LED panellər, boru formalı LED panellər və s.  müxtəlif daxili işıqlandırmada istifadə olunur. 15 vatt gücü olan bir LED lampa 140 vatt gücü olan halogen lampa qədər işıq saça bilər. Bəzi LED lampalar hətta işığın azalıb-çoxaldılmasına imkan verən cihazlarda da istifadə olunur.

LED üçün dizayn olmuş mebel və əşyalar- bəzi mebel və ya aksesuar istehsalçıları uzunömürlü və az gərginlik tələb edən işıqlandırma problemini həll etmək üçün məhsullarının sırf LED ilə işıqlandırılmasını dizayn edirlər.

Bitki və heyvanlar- təcrübələr bir çox bitkilərin LED işıqlandırma altında yaxşı inkişaf etdiyini göstərmişdir. Xüsusi işıqlandırma tələb edən bitkilər üçün bu məqsədlə dizayn olunmuş LED işıqlandırma istifadə edilir, çünki LED texnologiyası ilə arzu olunan şüa dalğaları əldə edilə bilir. Həmçinin LED işıqlandırmanın isti olmaması onları  bitkiləri yandırmadan yaxınlaşdırmağa imkan verir. Eynilə də kifayət qədər günəş işığı almayan akvariumlarda xüsusi LED işıqlandırma istifadə olunur.

Xüsusi sahələr-LED lampalar fənərlərdə, velosiped işıqlandırmasında, avtomobil faralarında və s. istifadə olunur.

Xarici işıqlandırma-LED lampalar və proyektorlar həyətyanı sahələrin işıqlandırılması, tikilinin fasadının aydın işıqlandırılması üçün istifadə edilir.

 

LED lampaların digər lampalarla müqayisəsi:

 

Ənənəvi lampa

Kompakt fluoresent lampa (“spiral”)

Halogen

LED lampa

Vatt

60

14

43

6.5-8

Lümen (parlaqlıq)

860

775

750

800-815

Lümen/vatt

14

55

17

94.1-201.5

Rəng temperaturu

2700

2700

2920

2700-6000

CRI

100

82

100

80-85

Ömür (saat)

1000

10000

1000

15000-45000

10 il ərzində enerji xərci*

288 AZN

67 AZN

207 AZN

19-41 AZN

*Gün ərzində 7 saat istifadə əsasında hesablanmışdır, AZN