Missiyamız və Vizyonumuz

Missiyamız

Tağısoy Elektrik MMC  parlaq, standartlara uyğun, zəmanətli və istehlakçıların bütün işıq tələblərinə cavab verən LED məhsulların istehsalına başlamışdır. Məqsədimiz Azərbaycanımızın layiq olduğu dürüstlük, şəffaflıq, öyrənməyə açıq və müasir texnologiyaları ölkəmizə gətirən yanaşma ilə yerli istehsala güvəni artırmaq, şirkətimizin əməkdaşlarının, podratçılarımızın, dövlətimizin və təbii ki, istehlakçılarımızın səmimiyyətlə dəstəklədiyi bir müəssisə imicinə malik olmaqdır.  

 

Vizyonumuz

Vizyonumuz bütün tərəfdaşlarımızın rahatlıqla əməkdaşlıq etdiyi bir müəssisə olaraq, LED tətbiq olunan bütün sahələrdə hər bir keyfiyyət göstəricilərinə cavab verən məhsullar istehsal etməklə, Azərbaycanımızın və yaxın regionun ən tanınmış markalarından birinə çevrilməkdir.