Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə müzakirə apardıbackend

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə müzakirə apardı

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.

PARLA xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

www.parla.az