Zərdabda İcra Başçısına qarşı aksiya keçirilir: Sakinlər yolu bağladılar – FOTObackend

Zərdabda İcra Başçısına qarşı aksiya keçirilir: Sakinlər yolu bağladılar - FOTO

Zərdab rayonunun Çallı kənd sakinləri etiraz aksiyası keçirir.

PARLA xəbər verir ki, aksiyaya səbəb rayona ötən il təyin olunan İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və müavinlərinin sakinlərə etinasız yanaşmasıdır.

Kənd sakinləri Ucar-Zərdab yolunu bağlayaraq etirazlarını bildiriblər.

Onların dediklərinə görə, heyvanlarının örüş yeriləri bələdiyyə tərəfindən satılır.

İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə rayona yeni təyin olunarkən məsələni həll edəcəyini desə də, bu barədə heç bir tədbir görülməyib.

www.parla.az