Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb – RƏSMİbackend

Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb - RƏSMİ

Yol polisi altı ayda 52 milyon manat cərimə yazıb.

PARLA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 1 565,7 min olub. Qaydaların pozulmasına görə 52,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Xətaların 39,9 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 15,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 10,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,1 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 7,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 4,9 faizi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması, 4,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.

www.parla.az