Yerevan Ermənistan vətəndaşlarının Qarabağa gedişini məhdudlaşdırırbackend

Yerevan Ermənistan vətəndaşlarının Qarabağa gedişini məhdudlaşdırır

Rəsmi Yerevan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə, Xankəndinə bu ölkə vətəndaşlarının avtonəqliyyat vasitələri ilə gedişini məhdudlaşdırır.

PARLA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qərarı Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Məhdudiyyətlər bu gün Bakı vaxtı ilə saat 14:00-dan qüvvəyə minəcək. Belə ki, bundan sonra ermənilər Qarabağa Ermənistan hökumətindən alınan razılıq əsasında gedə biləcəklər.

Ermənilər məhdudiyyətin tətbiqini Ermənistan və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə fasiləsiz əlaqənin təmin olunması ilə əlqələndirib.

www.parla.az