Yelena Sidorenko: “Qızım hər gün cəbhədəki atasını soruşur”backend

Yelena Sidorenko: “Qızım hər gün cəbhədəki atasını soruşur”

Hazırda həyat yoldaşı cəbhədə olan aparıcı Yelena Sidorenko Xəzər TV-də yayımlanan “Vaxtı gəldi” verilişində qonaq olarkən hisslərinə hakim ola bilməyib.

Onun sözlərinə görə, artıq bir neçə həftədir ki, hərbi formada olan istənilən adamı görəndə dayana bilmir:

“Qızım körpədir. Hər gün soruşur ki, atam hanı? Məni niyə qucağına almır? Qapını döyəndə eşidirəm qışqırır ki, atam gəlib. Atası da zəng edəndə onu soruşur. Onlar da bizdən nigarandılar. Yoldaşımla danışanda narahatlığımı ona bildirmirəm. Neçənci efirdir ki, çalışıram özümü saxlayım. Anlayıram ki, qayıdanda verilişləri görəcək. Deyəcək ki, sən niyə bu qədər pis idin və mənə demirdin? Deyirəm ki, hər şey yaxşıdır, biz güclüyük”.

“Hər gün danışırıq ki, evə qayıtmağa az qalıb. Allah bizə əminlik verir ki, tezliklə torpaqlarımızı alacağıq. Hamımız yalnız qürur hissi keçirəcəyik. Bu gün mənə nə xoş ki, cəbhədə olan birinin həyat yoldaşıyam. Hər gün dua edirəm. Bilirəm ki, minlərlə insan var. Sizin atalarınız, oğullarınızla fəxr edirəm. Ağlamayaq, sevinək. Həyatımızda bundan gözəl nə ola bilər? Nə gözəl ki, bu tarixi Azərbaycan oğulları yazır”.

www.parla.az