Yaz aylarında təqdim olunacaq “Xəzər üzərində yelləncək”…backend

Yaz aylarında təqdim olunacaq "Xəzər üzərində yelləncək"... - VİDEO

“Bakılı qadın ruhunda moskvalı” kimi tanınan, Azərbaycanı çox sevən rusiyalı yazıçı Maria Suvorovskayanın 2018-ci ildə kitab şəklində nəşr olunan “Xəzər üzərində yelləncək” adlı əsərinə film çəkilib.

Məlumata görə, Qərb və Şərq mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən ekran işində iki fərqli xalqın nümayəndəsinin dərin sevgi hisslərindən, valideynlərin etirazlarından bəhs olunur. Maraqlısı budur ki, ramaşaçılar böyük sevgi hekayəsinin fonunda həm də məhəbbət üçbucağına şahid olacaqlar. Filmin baş qəhrəmanlarından biri – “Nataliya” obrazını müəllifin özü Mariya Suvorovskaya canlandırıb. “Ruslan” və “Leyla” rollarında isə model-aktyor Emil Həsənzadə və aktrisa Duyğu Dəvəli çəkilib.
Xatırladaq ki, Emil Həsənzadə 2019-cu ildə ölkəmizdə keçirilən “Miss&Mister National Azerbaijan” yarışmasının qalibi olub.

Çəkilişləri pandemiya və müharibə zamanına təsadüf edən filmin yaz aylarında geniş kütləyə təqdim olunacağı planlaşdırılır.

Qeyd edək ki, “Xəzər üzərində yelləncək” filmi “Caspian Media Group” şirkətləri tərəfindən “Business Dialogue Media” ilə ortaq şəkildə çəkilib. Ekran işinin rejissoru Qulu Əsgərov, baş prodüseri Hüseyn Cavadzadə, operatoru Rauf Qurbanəliyev, icraçı prodüser isə Səadət Qarayevadır.

www.parla.az