Yasamal icra başçısı gölləri tikinti üçün qurudur – FOTO – VİDEObackend

Yasamal icra başçısı gölləri tikinti üçün qurudur - FOTO - VİDEO

İki ay əvvəl “3 Tac” adlı yaşayış kompleksinin ərasizində olan gölün çirklənməsi haqda yerli sakinlərin şikayətindən sonra bu göl bir müddət ictimayyətin maraq dairəsi olmuşdur. Əraziyə bir çox səlahiyyətli dövlət mütəxəsisləri gəlib, gölə baxış keçirib, çirklənmənin vəziyyəti və gölün gələcək taleyi haqda qərar vermişdilər. Baxış zamanı məlum olmuşdu ki, gölü borular vasitəsi ilə qurutmağa çalışırlar.

Yasamalda yerləşən “Qanlı göl” də tikinti işləri aparılması səbəbindən qurudulur. Yasamal İcra Hakimiyyəti ərazi qazanmaq üçün gölləri qurudur, ekoloji təhlükəyə yol açır.

Xatırladaq ki, keçən il Prezident İlham Əliyevin qərarı ilə bu gölün qorunması və ətrafının abadlaşdırılması ilə əlaqədar sərəncamda verilmişdir, amma aşağıdakı gördüyünüz şəkildə heç nəyə məhəl qoyulmadan və sakinləri xəbər etmədən yenidən gölü məhv edirlər.

Bakının quru, tozlu və az yağmurlu bir yer olduğunu nəzərə alsaq hər bir su hövzəsi qızıl dəyərindədir. Əvvəllər işbazlar tikinti xətrinə ağacları qurban edirdilər indi isə sıra göllərə gəlib çatıb.

www.parla.az