Yaraşıqlı Model təhsilini yarımçıq qoyub könüllü hərbi xidmətə yollanır – FOTObackend

Yaraşıqlı Model təhsilini yarımçıq qoyub könüllü hərbi xidmətə yollanır - FOTO

Azərbaycanın ən yaraşıqlı modeli könüllü hərbi xidmətə yollanlr

PARLA bildirir ki, “Miss & Mister National Azerbaijan” müsabiqəsinin birincisi Elvin İsmayılov, səfərbərlik çağırışına səs verib, könüllü olaraq hərbi xidmətə yollanır. O, artıq ərizəsini Dövlət Səfərbərlik Xidmətinə təqdim edib. Bu barədə gənc model sosial mediada paylaşım edib.

Qeyd edək ki, bir çox yerli və xarici markaların prestijli reklamlarına çəkilmiş Elvin İsmayılov həm də Azərbaycan Respublikası Prezident yanında İdarəçilik Akademiyasının məzunudur.

Eyni zamanda bu il Türkiyədə magistraturaya daxil olsa da, hərbi xidmətə getdiyi üçün könüllü olaraq təhsildən imtina edib.

www.parla.az