Operativ Qərargah karantində edilən toylardan danışdı – RƏSMİbackend

Operativ Qərargah karantində edilən toylardan danışdı - RƏSMİ

“Qaydalara riayət etmək hər birimizin borcudur.”

PARLA xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqinda TƏBİB rəsmisi Yaqut Qarayeva deyib.

Son günlər qadağan olunmasına baxmayaraq ölkədə toy və nişan mərasimlərinin keçirildiyini təsdiq edən foto və videolar yayımlanır.

PARLA xəbər verir ki, Operativ Qərargahın avqustun 3-də verilən açıqlamasında qeyd olunurdu ki, 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasında kütləvi tədbirlər də var. Eyni zamanda, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimləri, toy məclislərinin təşkili qadağandır. Həmçinin, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərə də icazə verilmir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, karantin dövrü ilə bağlı verilən qərarların icrasına Operativ Qərərgah nəzarət etmir: “Nazirlər Kabinetinin karantinlə bağlı verdiyi qərarların icrasına nəzarət Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Toy, nişan və ad günü mərasimləri ilə bağlı qərar saytımızdadır. Bu məsələ ilə bağlı siz Daxili İşlər Nazirliyinə müraciət edin”.

www.parla.az