Yanğınlar davam edən Ağdamda son vəziyyət – VİDEObackend

Yanğınlar davam edən Ağdamda son vəziyyət - VİDEO

Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 20 noyabra qədər Ağdamı tərk etməlidir.

PARLA xəbər verir ki, “TRT Haber” Ağdamla bağlı süjet yayımlayıb. Bildirilib ki, düşmən bu dəfə Ağdamda boşaltdıqları evləri yandırır.

Erməni ordusu həm mənzil-qərargah kimi istifadə etdikləri yerləri, həm də mülki yaşayış məntəqələrini və meşələri yandırır. Bundan başqa məscidlərimizdə heyvan saxlayan mənfur qonşu onların da başını kəsir.

Qeyd edək ki, bundan əvvəl ermənilər Kəlbəcərdə də evləri boşaldarkən yandırırdılar.

www.parla.az