Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar.
PARLA xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev bununla bağlı fikirlərini “Twitter” hesabında yazıb:
“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”
Azərbaycan əsgərlərinin işğaldan azad edilmiş Cəbrayılda – Xudafərin körpüsündə bayrağımızı dalğalandırdığı videonu təqdim edirik.