Xalq artistinin oğlu müharibə vaxtı Kim Kardaşyana xeyli zərbə vurub – FOTObackend

Xalq artistinin oğlu müharibə vaxtı Kim Kardaşyana xeyli zərbə vurub - FOTO

Müharibə dönəmində ön cəbhə ilə yanaşı, arxa cəbhədə də mübarizə aparan gənclərimiz çoxluq təşkil edirdi.

PARLA xəbər verir ki, onlardan biri də xalq artisti Mələkxanım Əyyubovanın oğlu Cəfər Nəcəfovdur.

Müharibə dövründə göstərdiyi səyləri Avtosfer.az-la bölüşən gənc bildirib ki, ilk gündən Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban Əliyevanın başlatdığı “Həqiqəti Paylaş” onlayn kampaniyası çərçivəsində aktivlik nümayiş etdirib:

⁣⁣”Çox sevindirici hal idi ki, hər bir Azərbaycan vətəndaşı bir yumruq kimi birləşib erməni yalanını ifşa etdi və erməni təcavüzü haqqında reallıqları bütün sosial şəbəkələrdə və platformalarda beynəlxalq auditoriyaya çatdırdı.
⁣⁣Özünü Azərbaycan vətəndaşı, Azərbaycanın, bu millətin bir parçası hesab edən hər bir kəsin vətəndaşlıq borcudur ki, belə bir həssas məqamda ölkənin maraqları onun prioritetinə çevrilsin və o bunun uğrunda öz bacarıqlarından və resurslarından maksimum şəkildə istifadə etsin.

Müharibənin ilk günlərində məşhur erməni əsilli “influencer” Kim Kardaşyan öz instagram səhifəsindən bütün dünyaya işğalçı Ermənistan ordusuna ianə olunmasını istədi.
Təbii ki, biz buna səssiz qala bilməzdik.
Ona görə də, Kim Kardaşyan və onun kimi digər böyük izləyici kütləsinə malik ermənilərin yalan məlumatlar və erməni terrorçularına dəstək paylaşımlarının qarşısını almaq üçün onların bizneslərinə hücumlar təşkil etməli olduq.
Hücumlar əsasən telegram kanalımdakı ordum vasitəsilə gizlin həyata keçirilirdi.
Bir gün içərisində Kim Kardaşyanın 5 ulduz reytinqinə sahib bizneslərini 2 ulduzdan da aşağıya sala bildik və uğurlu cəhdlərimizdən sonra artıq “Google”da bu kimi şəxslərin bizneslərinin adını yazan şəxslərin qarşısına “bu saytlardan alış-veriş olunması məsləhət deyil” xəbərdarlığı çıxmağa başladı.

Bu bizim üçün informasiya müharibəsində çox böyük uğur idi, çünki ondan sonra Kim Kardaşyan erməni ordusuna dəstəklə bağlı heç bir paylaşım etmədi və digər erməni əsilli məşhurlar da Kim Kardaşyana olan bu hücumların onların da başına gələ biləcəklərindən ehtiyatlanaraq onlar da paylaşım etdikdə riski göz önünə gətirib ən azından 2 dəfə düşünürdülər”.

Qeyd edək ki, Cəfər Nəcəfovun atası Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının rəis müavini Xosrov Nəcəfov, anası Xalq artisti Mələkxanım Əyyubovadır.

www.parla.az