Xalq artistinin oğlu dəfələrlə cəbhəyə yollanıbbackend

Xalq artistinin oğlu dəfələrlə cəbhəyə yollanıb

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin artıq 1 aydan çoxdur əsgərlərə yardım aksiyasında fəal iştirak etdiyi məlum olub.

PARLA xəbər verir ki, müğənninin oğlu dostları ilə birlikdə dəfələrlə cəbhəyə yollanaraq əsgərlərə yardım aparıb.

Brilliant Dadaşovanın mətbuat xidmətindən ətraflı məlumat almaq istəsək də, onlar bu məsələnin geniş şəkildə işıqlandırılmamasını xahiş etdilər.

www.parla.az