Xalq artisti evində huşsuz vəziyyətdə tapıldıbackend

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı

Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

PARLA xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib.

O bildirib ki, aktrisadan 2-3 gündür ki, xəbər yox idi. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb.

Uzun müddətdir evində tək yaşayan aktrisanın hazırda vəziyyəti yaxşıdır.

www.parla.az