Rusiyalı yazıçı Sergey Komkov Rusiya prezidenti Vladimir Putinin 2021-ci ildə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı Norveçin paytaxtı Osloya müraciət göndərib.
PARLA xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Qeyd edək ki, Rusiya prezidentinin 2013 və 2016-cı illərdə də bu mükafata namizədliyi irəli sürülüb.
Xatırladaq ki, bu ilki Nobel sülh mükafatına Azərbaycandan Hacı Allahşükür Paşazadə, Rusiyadan Vladimir Putin, ABŞ-dan isə Donald Trump namizəd kimi göstərilib.