Vladimir Putin Mehriban Əliyevaya: “Siz, Rusiyanın əsl dostusunuz”backend

Vladimir Putin Mehriban Əliyevaya: "Siz, Rusiyanın əsl dostusunuz"

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü münasibətilə təbrik məktubu göndərib.

AzərTac xəbər verir ki, məktubda Mehriban Əliyevanın Rusiyanın əsl dostu kimi iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanır.

“Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”, – Rusiya prezidentinin təbrik məktubunda deyilir.

www.parla.az