Virusun mənbəyi Uhanda 7 min nəfərlik şənlik: Nə maska var, nə məsafə – FOTOLARbackend

Virusun mənbəyi Uhanda 7 min nəfərlik şənlik: Nə maska var, nə məsafə - FOTOLAR

Koronavirus pandemiyasının başladığı Çinin Uhan şəhərində 7 min nəfərin iştirakı ilə hovuz şənliyinin keçirilməsi dünyada gündəm olub.

PARLA xəbər verir ki, ötən həftə sonu Uhanda “Maya Beach” akvaparkı hovuz şənliyi təşkil edərək minlərlə insanı qonaq edib.

Şənlikdə maska və sosial məsafə qaydalarına riayət olunmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Şənlikdən olan videogörüntülər “Youtube”da yayımlanıb.

www.parla.az