Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? – AÇIQLAMAbackend

Virtual dərslərdə iştirak edə bilməyən şagirdlər nə etməlidir? – AÇIQLAMA

Nazirlər Kabineti yanında operativ qərargahın təsdiq etdiyi qərara əsasən, sentybarın 15-dən etibarən təhsil müəssisələri fəaliyyətini bərpa edib. İbtidai siniflərə əyani, digər siniflərə isə dərslər onlayn keçirilir.

PARLA xəbər verir ki, bəzi valideynlər övladlarının onlayn dərslərə qoşulması üçün yetərli sayda texniki vasitə olmadığını bildirir. Valideynlər deyir ki, dərslər üst-üstə düşür və üç uşağın eyni anda onlayn dərslərə qoşulması da mümkün olmur.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, virtual dərslərdə iştirak etmək imkanı olmayanlar üçün teledərslər təklif edilir.

Bu dərsləri ölkənin ən yaxşı müəllimləri tədris edir. Teledərslər gündə iki dəfə (biri təkrar olmaqla) ölkənin iki telekanalında yayımlanır, e-resurslar portalına yerləşdirilir. Bundan əlavə, kifayət qədər dərslik, dərs vəsaiti, öyrədici videoresurslar var ki, bunlardan da faydalanmaq mümkündür.

Qeyd edək ki, şagird onda yaranan sualları [email protected] elektron ünvanına, məktəbdəki müəlliminə, şagird yoldaşına ünvanlaya bilər.

www.parla.az