Vilayət Eyvazov post komandirini işdən çıxardıbackend

Vilayət Eyvazov post komandirini işdən çıxardı

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

PARLA xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.

O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb.

www.parla.az