Vilayət Eyvazov Kəramət Böyükçölə görə atasına zəng edib – FOTObackend

Vilayət Eyvazov Kəramət Böyükçölə görə atasına zəng edib - FOTO

“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri -etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı”.

PARLA xəbər verir ki, bu fikirləri ötən gün saxlanılan yazıçı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə bildirib.

“Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə Sizə təşəkkür edirəm!”,- deyə Qəşəm Nəcəfzadə Daxili işlər naziri Vilayət Eyvazova minnətdarlığını bildirib.

 

 

 

www.parla.az