Vilayət Eyvazov Baş müstəntiqi vəzifəsindən azad etdi – YENİ TƏYİNATLARbackend

Vilayət Eyvazov Baş müstəntiqi vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

PARLA xəbər verir ki, bununla bağlı müvafiq əmri daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Şəmkir Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin Baş müstəntiqi Qurban Qurbanov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə polis mayoru Q.Qurbanov Ağstafa RPŞ-yə əməliyyat işləri üzrə müavin təyin edilib.

www.parla.az