Vasif Talıbov sərəncam imzaladı – Yeni rəis müavini təyin edildibackend

Vasif Talıbov sərəncam imzaladı - Yeni rəis müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası (MR) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib.

PARLA-nın məlumatına görə, bununla bağlı Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Vüsal Məmməd oğlu Cəfərov Naxçıvan MR Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini təyin edilib.

www.parla.az