Üzeyir Hacıbəylinin 135 illik yubileyinə həsr olunmuş sənədli film çəkildi – VİDEObackend

Üzeyir Hacıbəylinin 135 illik yubileyinə həsr olunmuş sənədli film çəkildi - VİDEO

Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş sənədli film çəkilib.

PARLA xəbər verir ki, film Fransa-Azərbaycan Dialoqu Assosiasi tərəfindən çəkilib.

18 sentyabr Azərbaycan Milli Musiqi Günü münasibəti ilə Azərbaycanın görkəmli bəstəkarı, publisist və ictimai xadimi Üzeyir Hacıbəylinin 135 illiyinə həsr olunmuş Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində hazırladığı veriliş əslində Azərbaycan səfirliyinin Mədəniyyət mərkəzində keçirilməli idi.

Karantinlə bağlı qadağalara görə konsert kimi düşünülmüş bu tədbiri belə bir sənədli film qismində hazırlamağa qərar verdik.

Azərbaycanın musiqisinin nəinki Fransada, o cümlədən bütün dünyada təbliği və yayılması ilə yaxından məşğul olan, həm klassik musiqimizi, həm də caz musiqimizi layiqincə təmsil edən Etibar Əsədli, fleytaçı Ağarəhim Quliyev, “Kainat- Svetlanov!” art-festivalının yaradıcısı və art direktoru Marina Bauer, fransız jurnalisti Fransua Kavayye, Üzeyir bəyin qardaşı Ceyhun Hacıbəylinin oğlunun həyat yoldaşı Paskal Hacıbəyli, gürcüstanlı pianoçu, UNESCO-nun sülh elçisi Elissa Bolkvadze, məşhur Zülfüqarovlar nəslindən olan pianoçu Saida Zülfqarova, Paris Operasının solisti İrina Kopilova verilişdə iştirak edib həm onun musiqi əsərlərindən parçaları ifa etdilər, həm də Üzeyir Hacıbəyli və ümumiyyətlə Azərbaycan musiqisi haqqında öz fikirlərini, sevgilərini, heyranlıqlarını bölüşdülər. Fransada ictimai-siyasi fəallığı ilə seçilən, Azərbaycanın maraqlarını istər elm, istər mətbuat, istər musiqi sahəsində qorumağa, yaymağa, təbliğ etməyə həmişə hazır olan və buna nail olan Günel Səfərova isə bütün film boyu məşhur bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açır.

Sənədli filmin sonunda Parisdə Azərbaycan Mədəniyyət mərkəzinin məşhur Eyfel qülləsinin yanındakı binası haqqında, onun ilk sahibləri, binanın quruluşu və gözəlliyi haqqında məlumatı sizinlə bölüşməyi özümüzə borc bildik. 8 ildir ki, bu mərkəz Azərbaycan mədəniyyətini, musiqisini, tarixini, ədəbiyyatını, incəsənətini fransız xalqına təqdim edir.

www.parla.az