Üsyanla yaranan mafiya… Orxan Abdul yazır – 25 maraqlı məqambackend

Üsyanla yaranan mafiya... Orxan Abdul yazır - 25 maraqlı məqam

İtaliya mafiyası dünyada geniş yayılmış çox sirli təşkilatdır

Bu cinayətkar qruplaşma haqqında filmlərdən izlədiklərimiz, öyrəndiklərimiz az deyil. Hətta uşaqkən çoxlarımız Vito Qoca idi deyə, Maykl Karleoneyə – Al Paçinoya bənzəmək istəyirdik. Siciliya köklü cinayət tarixindən bilmədiklərinizə nəzər salaq:

1. Mafiya 1282-ci ildə Siciliyada inqilab nəticəsində yaranıb və o vaxtlar məqsəd fransızlardan qısas almaq idi ki, min nəfəri öldürə bilmişdilər.

2. Ümumiyyətlə Mafiya sırf Siciliyalılara aid anlayışdır, çünki İtaliyanın digər yerlərində cani təşkilatları başqa cür adlandırılır – Kamorra, Sakra və s.
3. Mafiya sözünün yaranması ilə bağlı bir neçə versiya var və ilk variant ərəb mənşəyi söz olub, sadə insanların müdafiəsi mənasını verir. İkinci versiyada Siciliyalı qıza hücum təsvir olunur və onun anası “Ma Fia” bağırır, yəni “Mənim Qızım”. Sonuncu abreviatura 1282-ci ilin Siciliya inqilab devizi ilə bağlıdır. “Fransaya ölüm”, “Nəfəs al İtaliya” – “Morte alla Francia Italia Anelia!”.
4. Siciliya mafiyasının adı kimi tanınan “Cosa Nostra” – XIX əsrdə möhkəmlənib.
5. Mafiya ailələrdən ibarətdir.
6. Həmin ailələrə ancaq italyanlar daxil edilə bilər. Düzü, koronavirusun İtaliya macəraları mafiya ilə mübarizə metodu kimi də işlənə bilər, çünki indiki halda çarıqlı ölkəyə ÜST adı ilə müxtəlif agentlər də rahat giriş edə bilir. Yaxud əksinə – mafiya üçün dezinfeksiya adı ilə silah və narkotik ticarəti asanlaşır. Nə isə, əsas odur İtaliyada Azərbaycan ilidir.
7. Başqa millətlər mafiya ilə əməkdlıq edə bilsə də, tamhüquqlu üzv ola bilmirlər.
8. Mafiyada şərəf kodeksi mövcuddur ki, istənilən punktun pozulması ölümlə nəticələnir.
9. Omerta isə susmaq qanunudur. Mafiya üzvlərin heç kim, heç bir halda polislə əlaqədə ola bilməz və dindirilmə zamanı heçnə danışmamalıdır, yoxsa öləcək.
10. Mafiya fəaliyyətinin əsasını pul və vendetta təşkil edir.
11. Vendetta qan qisasıdır və buna görə çox ailələr arasında savaş olub.
12. Siciliya mafiyası Şimali Amerikanın ən güclü cinayətkar təşkilatı olub.
13. Ən məşhur mafiyozlar kimi Çarlz Laki Luçiano ilə Alfonso Kaponenin adın çəkmək kifayətdir.

14. Ailədə xüsusi bölgü var və ona ciddi riayət olunur.
15. Don ailənin başçısı sayılır.
16. Donun konsilyeri – məsləhətçisi olur. Məsləhətçinin hökmü olmasa da, Donun qərarlarına təsir edə bilir. Məsləhətçilər həm də ailənin hüquqşünaslarıdır.
17. Don heç vaxt Kapo – kapitanları ilə kontakta keçmir. Mafiyanın döyüşçüləri ümumən yuxarıda nələrin baş verdiyini bilmirlər. Bu isə, klana başçılıq edən ailələrin rahat qazanc və çirkli işlərdən uzaq olması deməkdir.
18. ABŞ hökuməti vaxtaşırı mafiyadan kömək istəyir.
19. Mafiya haqqında film, kitab, seriallar çoxdur.
20. Bəzən bəzilərinə qanunlar ideal, sarsılmaz görünsə də, əslində belə deyil. Çünki mafiyanın daxilində satqınlar çoxdur. Onları polislə əməkdaşlığa sövq etdirən azadlıqda qalmaq istəkləridir.
21. Satqınlar tez aradan götürüldüyünə görə “boss”ların həbsi elə də asan olmur.
22. Siciliya mafiyası indiyə kimi çoxsaylı restoran, kazino, bar və limanlara nəzarət edir.
23. Mafiyanın nüfuzu İtaliya və ABŞ sərhədlərini də aşır.
24. Bütün mafiya başçıları adi klana xidmət,  döyüşçülükdən başlayıb.
25. Xaç atası İtaliya mafiyası haqqında ən populyar kinodur.

 Orxan Abdul

www.parla.az