ÜST: Koronavirusla bağlı vəziyyət daha da pisləşəcək – YOLUXMA SÜRƏTLƏ ARTIRbackend

ÜST: Koronavirusla bağlı vəziyyət daha da pisləşəcək - YOLUXMA SÜRƏTLƏ ARTIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı vəziyyətin getdikcə daha da pisləşdiyini açıqlayıb.

PARLA xəbər verir ki, ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, təkcə son 24 saatda 230 min insan COVID-19-a yoluxub. Yoluxmanın 80 faizi 10 ölkənin payına düşür.

O qeyd edib ki, bir çox ölkə virusla mübarizədə səhv addımlar atır, bu da payıza doğru vəziyyəti ən pis həddə çatdıracaq və bütün ölkələr risk altında qalacaq.

Qebreyesus, dünya ölkələri üzrə baş verən yoluxmaların 50 faizdən çoxunun qeydə alındığı Amerika qitəsinin epidemiyanın mərkəzi olmağa davam etdiyini vurğulayıb:

“Açığını deyim ki, ölkələrin çoxu səhv istiqamətə gedir. Virus bir nömrəli xalq düşməni olaraq qalır, lakin hökumətlərin və əhalinin hərəkətləri buna cavab deyil. Yeganə məqsəd yoluxmuş insanları tapmaqdır. Liderlərin verdiyi qarışıq mesajlar, yoluxmanın qarşısının alınmasında ən vacib ünsür olan inamı sarsıdır. Təməl prinsiplərə əməl olunmasa, epidemiya getdikcə daha da pisləşəcək”.

Qebreyesus liderləri, hökumətləri və bütün insanları epidemiyanın yayılması zəncirini qırmaq üçün əllərindən gələni etməyə dəvət edib:

“Sizinlə dürüst olmaq istəyirəm. Proqnozlaşdırılan gələcək üçün əvvəlki normal həyata dönüş olmayacaq. Amma epidemiyanı idarə edə bilən və həyatın davam etməsini təmin edə bilən yol xəritəsi mövcuddur. Bu yol xəritəsini isə ölüm nisbətini azaltmaq, virusun yayılmasının qarşısını almaq, fərdi tədbirlər görmək və hərtərəfli strategiyalar tətbiq etməklə həyata keçirmək mümkündür”.

www.parla.az