Ukraynada karantin uzadıldıbackend

Ukraynada karantin uzadıldı

Ukrayna Nazirlər Kabineti bu gün keçirdiyi iclas zamanı ölkədə tətbiq edilən karantin rejiminin avqustun 31-dək uzadılması barədə qərar qəbul edib.

PARLA “Korrespondent.net”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Denis Şmıqal bildirib.

“Hamımız görürük ki, bu cür yanaşma bizə Ukraynada xəstələnmə səviyyəsini nəzarətdə saxlamağa imkan verir”, – o deyib.

Şmıqal Ukraynada gündəlik olaraq 20 000-dən 30 000-dək test aparıldığını əlavə edib.

Qeyd edək ki, ölkədə 60 995 yoluxma, 1 534 ölüm halı qeydə alınıb, 33 172 nəfər sağalıb. Ukraynada 26 289 aktiv koronavirus xəstəsi var ki, onlardan da 84-nün vəziyyəti ağır qiymətləndirilir.

www.parla.az