Ukraynada da koronavirusun ikinci dalğası elan edildibackend

Ukraynada da koronavirusun ikinci dalğası elan edildi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başladığını elan edib.

PARLA xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb. “Hazırda gündəlik 3 min yoluxma sayı olur. Təəssüf ki, bu Ukraynada ikinci dalğanın olması deməkdir”, – deyə Zelenski bildirib.

Prezidentin sözlərinə görə, birinci dalğa dövründə Ukraynada sutka ərzində yoluxma sayı 100-300 arasında dəyişirdi.

www.parla.az