Ukrayna prezidenti koronovirusa yoluxdubackend

Ukrayna prezidenti koronovirusa yoluxdu

Ukrayna Prezidenti Vladimir Zelenski koronavirusa yoluxub.

PARLA xəbər verir ki, bu barədə Ukrayna liderinin “Telegram” kanalında bildirilib.

“Mənim də testim müsbət nəticə verdi. Temperaturum 37.5 dərəcədir, hər kəsə isə 36.6 dərəcə arzulayıram! Özümü yaxşı hiss edirəm”, – deyə V.Zelenski bildirib.

Dövlət başçısı təcridə yollandığını və çalışmağa davam edəcəyini qeyd edib.

Qeyd edək ki, prezidentin həyat yoldaşı Yelena Zelenski iyul ayında bu virusa yoluxmuşdu.

www.parla.az