Artıq Şuşada təşkil ediləcək beynəlxalq tədbirlərin adları açıqlanmağa başlayır.
PARLA xəbər verir ki, Qarabağın mədəniyyət ocağında keçiriləcək ilk müsabiqə “Turkvision” olacaq. TMB yayım şirkətinin məlumatına görə, müsabiqənin ev sahibi Azərbaycan – Şuşa şəhəri olacaq.
Xatırladaq ki, müsabiqə ilk dəfə 2013-cü ildə Əskişəhərdə keçirilib. İlk qalib Azərbaycandan Fərid Həsənov olub.