Türkiyənin vitse-prezidenti: “Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və …”backend

Türkiyənin vitse-prezidenti: "Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və ..."

Türkiyənin vitse-prezidenti Fuad Oktay “CNN Türk” telekanalına müsahibəsində Qarabağ müharibəsinə toxunaraq Azərbaycana hərbi dəstək məsələsindən danışıb.

PARLA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, F.Oktay “Türkiyə tərəddüd etmədən Azərbaycana qoşun göndərəcək və hərbi dəstək verəcək, təbii ki, əgər Bakı istəyərsə” deyə bildirib:

“Prezidentimiz (Rəcəb Tayyib Ərdoğan -red.) bunu ilk gündən açıq şəkildə bəyan etdi. Azərbaycanla Türkiyə arasında hərbi sazişlər var, hərbi əməkdaşlıq haqqında sazişlər var. Əgər Ermənistan tərəfindən hadisələrin gözlənilməyən inkişafı baş verərsə və belə bir dəvət gələrsə, Türkiyə tərəddüd etməz, Prezidentimiz heç tərəddüd etməz”.

 

www.parla.az