Türkiyədən Rusiyaya uçuşların tarixi açıqlandıbackend

Türkiyədən Rusiyaya uçuşların tarixi açıqlandı

Türkiyədən Rusiyaya aviuçuşlar həyata keçiriləcək.

PARLA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

O bildirib ki, Rusiya ilə uçuşların 1 avqustdan Ankara və İstanbul, 10 avqustdan isə tətil bölgələri – Antaliya, Bodrum və Dalamana reallaşdırılacaq.

Nazir bildirib: “İki ölkə arasında aparılan danışıqlar çərçivəsində Rusiya beynəlxalq uçuşlara 1 avqustdan başlayır. İlkin mərhələdə Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərləri ilə Türkiyənin Ankara və İstanbul şəhərləri arasında səfərlər reallaşdırılacaq. Rusiya ilə Türkiyənin tətil bölgələri havalimanlarına uçuşlar isə 10 avqustdan başlayacaq. Rusiyanın Moskva, Sankt-Peterburq, Rostov-Don şəhərlərindən Türkiyənin Antaliya, Bodrum və Dalaman şəhərlərinə tarifli və çarter uçuşları olacaq.

Rusiya ilə Türkiyə arasında uçuşların başlanmasını hər iki ölkə səbirsizliklə gözləyir.

Rusiyaya gedən sərnişinlər ən gec 3 gün əvvəldən PCR metoduyla “Covid-19” testindən keçməlidir. Onlar həm də ingilis və ya rusca anket doldurmalıdır. Mənfi PCR testini təsdiq edən hər hansı bir sənəd olmadan təyyarəyə minməyə icazə verilməyəcək.

1 avqustdan Türkiyə Rusiyadan başqa Küveyt, Hindistan və Cənubi Afrika uçuşlarına da başlayacaq. Epidemiyanın vəziyyətinə görə Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq, Keniya və Özbəkistan uçuşları da başlanma sırasındadır.”

www.parla.az