Türkiyədə tibbi maska məcburidirbackend

Türkiyədə tibbi maska məcburidir

Türkiyə hökuməti qoruyucu maskalardan istifadəni məcburiləşdirən qərar qəbul edib. PARLA-nın məlumatına görə, ictimai yerlərdə maskalardan istifadə etməyən şəxsləri cərimə gözləyir.

Qərar Ankara, İstanbul və Bursa vilayətində qüvvəyə minir.

Qeyd edək ki, Türkiyədə artıq koronavirus pandemiyasının ikinci dalğasının başladığı elan edilib.

Son məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı 184 mini, sağalanların sayı isə 156 min nəfəri keçib.

www.parla.az