Türkiyədə terror aktı: terrorçulardan biri özünü partlatdı, digəri qaçdıbackend

Türkiyədə terror aktı: terrorçulardan biri özünü partlatdı, digəri qaçdı

Türkiyənin Hatay bölgəsində terrorçu zərərsizləşdirilən zaman partlayış olub.

PARLA Haberler.com-a istinadən xəbər verir ki, hadisə Hatayın İsgəndərun rayonunda baş verib.

Hatay valisi verdiyi açıqlamada hadisəni törədən iki terrorçunun tutularaq zərərsiz hala gətirildiyini bildirib.

İlkin məlumata görə, insan itkisi yoxdur, lakin partlayış zamanı 3 nəfər yaralanıb. Onlardan birininin polis əməkdaşı olduğu deyilir. Bundan başqa, partlayış nəticəsində avtomobillərə, yaşayış binasına ziyan dəyib.

Türkiyədə zərərsizləşdirilən terrorçularla bağlı təfərrüatlar məlum olub

 

Qeyd edək ki, ilkin araşdırmalara görə terrorçuların Suriyadan Amanos dağlarından Türkiyəyə gəldiyi məlum olub. Onlar təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən müəyyənləşdiriliblər. Terrorçular asayiş keşikçilərindən yayınmaq üçün avtomobil qaçırıblar. Lakin avtomobili qəzaya uğradıblar. Bununla belə, digər avtomobilə əyləşərək qaçmağa başlayıblar. Ancaq həmin nəqliyyat vasitəsi barədə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına məlumat verilib. Təhlükəsizlik qüvvələri Payas ərazisində post quraraq terrorçularla atışmaya başlayıblar. Atışma zamanı terrorçulardan biri özünü partladıb, digəri isə qaçıb.

www.parla.az