Türkiyədə saat 22:00-da iş yerləri bağlanacaqbackend

Türkiyədə saat 22:00-da iş yerləri bağlanacaq

Davam edən pandemiya ilə əlaqədar olaraq Türkiyədə dövlət səviyyəsində bəzi qərarlar qəbul olunub. Bu barədə məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu addımlar yeni növ koronavirus infeksiyasına bütün ölkə üzrə, xüsusən də İstanbul şəhərində yoluxma hallarının artmasından sonra atılır. Ərdoğan qeyd edib ki, insanların daha sıx olduğu yerlərdə, xüsusən də bazar və marketlərdə yoxlamalar və qabaqlayıcı tədbirlər artırılacaq.

“Özəl sektor və dövlət idarələrində iş saatı azaldılacaq. Eyni zamanda, əksər sahələrdə iş saatlarında məhdudiyyətlər tətbiq ediləcək, saat 22:00-da iş yerləri bağlanacaq”, – deyə Ərdoğan əlavə edib.

www.parla.az