Türkiyədə növbəti antiterror əməliyyatı – “İLDIRIM-5”backend

Türkiyədə növbəti antiterror əməliyyatı - "İLDIRIM-5"

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Amanos dağ silsiləsində “İldırım-5” adlı növbəti antiterror əməliyyatına başlayıblar.

Bu barədə ölkənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.

Nazir bildirib ki, “İldırım-5” əməliyyatına 1448 nəfərlik heyət qatılıb.

AzərTAc xatırladır ki, Kahramanmaraş vilayətində yerləşən Sır su anbarından başlayan Amanos (Nur) dağ silsiləsi Hatay vilayətinə doğru 175 kilometrlik ərazini əhatə edir. Bu bölgə də PKK terrorçularının gizləndikləri ərazilərdən hesab olunur.

www.parla.az