Türkiyədə məscidlər tam açıldıbackend

Türkiyədə məscidlər tam açıldı

Türkiyədə bütün namazlar məscidlərdə qılınacaq.

PARLA TRT-yə istinadən xəbər verir ki, bunu ölkənin Dəyanət İşləri İdarəsinin sədri Əli Ərbaş deyib.

İyunun 24-də 1,5 metr ara məsafə gözlənilməklə səhər namazı məscidlərdə qılınıb.

“Məscidlərimizi cümə, ikindi vaxtları üçün namaza açmışdıq. Sabahdan etibarən məscidlərimiz sübh, günorta və axşam namazlarının qılınması üçün açıq olacaq. Məsciddə namaz qılmağa gələnlər maska taxmalı və ara məsafə saxlamalıdırlar”,- o, iyunun 23-də bildirmişdi.

www.parla.az