Türkiyədə bu gün də Qarabağ mitinqi keçrildi – FOTOLARbackend

Türkiyədə bu gün də Qarabağ mitinqi keçrildi - FOTOLAR

Bu gün yenə Azərbaycan və Türkiyenin bayraqları İstanbulda dalğalanıb.

PARLA xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri oxunub. Bu dəfə Bakırköydəki Özgürlük Meydanında soydaşlarımız, Azərbaycana dəstək olaraq toplaşan Türkiyənin 11 dərnək ve federasiyasının nümayəndələri qatılıb.

Eləcə də türk və azərbaycanlı gənclər Qarabağa azadlıq tələb edibər. “Qarabağ türkündür türkün olacaq”, “Ermənistan terrorçudur” “Ermənistan cəzasını almalıdır”, “Azərbaycan torpaqları azad edilməlidir”, “Azərbaycan-Türkiyə” kimi şüarlar səsləndirilib. Dərnəklərin birgə bəyanatı oxunub.

www.parla.az