Türkiyə super liqasının qalibi bəlli oldubackend

Türkiyə super liqasının qalibi bəlli oldu

Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.

PARLA xəbər verir ki, sona bir tur qalmış çempion müəyyənləşib.

“Kayserispor” üzərində qələbə qazanan “Başakşəhər” ən yaxın izləyicisi üçün əlçatmaz olub. Bununla 2016/17 və 2018/19 mövsümlərində ikinci yeri tutan İstanbul təmsilçisi tarixində ilk çempionluğunu qazanıb. “Başakşəhər” eyni zamanda “Qalatasaray” (22 dəfə), “Fənərbaxça” (19), “Beşiktaş” (15), “Trabzonspor” (6) və “Bursaspor”dan (1) sonra Türkiyədə qızıl medalları qazanan 6-cı klub olub.

“Konyaspor”a uduzan “Trabzonspor” gümüş medal şansını da təhlükəyə atıb. “Sivasspor”la “Beşiktaş” isə öz meydanında qələbə qazanıb. Xüsusən də, “Beşiktaş” İstanbul derbisində “Fənərbaxça”nı məğlub edib. İlk “4-lük”dəki komandalar dəqiqləşsə də, 2-3-cü yerləri kimlərin tutacağı son turda müəyyənləşəcək.

Öz meydanında “Alanyaspor”a məğlub olan “Ankaragücü” isə Super Liqanı tərk edən ilk klub olub.

 

 

www.parla.az