Türkiyə rəsmiləri Azərbaycanı təbrik etdibackend

Türkiyə rəsmiləri Azərbaycanı təbrik etdi

Türkiyə rəsmiləri Azərbaycanı qələbə münasibətilə təbrik ediblər.

Türkiyə Prezidentinin sozçüsü İbrahim Kalın: 

“Qarabağ artıq azaddır. Qarabağ Azərbaycandır. Türkiyə bundan sonra da həm meydanda, həm də masada Azərbaycanın yanında olacaq”.

Türkiyənin vitse-prezidenti Fuat Oktay: 

“Qarabağ Azərbaycandır” deyə inancla bir ağızdan hayqırırdıq. Artıq Qarabağ Azərbaycandır. Eşq olsun, sevinciniz, sevincimiz daim olsun, can Azərbaycan”.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu: 

“Can Azərbaycan meydanda və masada əhəmiyyətli qalibiyyət əldə edib. Bu mübarək uğuru ürəkdən təbrik edirəm. Azərbaycanlı qardaşlarımızla bir millət, bir ürək olmağa davam edəcəyik”.

Türkiyə Müdafiə naziri Hulusi Akar: 

“Qələbə! Qələbə! Qələbə! İşğalçı Ermənistan Dağlıq Qarabağda təslim oldu. Azərbaycan Ordusu ilə gedən döyüşlərdə ağır itkilərə məruz qalmış Ermənistan Kəlbəcər, Ağdam, Laçın və son nəticədə Dağlıq Qarabağı tamamilə tərk edəcək”.

 

www.parla.az