Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi – RƏSMİbackend

Türkiyə parlamenti Azərbaycana hərbi qüvvələr göndərilməsini təsdiqlədi - RƏSMİ

Türkiyə Böyük Millət Məclisi Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

PARLA xəbər verir ki, layihə parlamentin bu gün keçirilən iclasında müzakirə olunub və qəbul edilib.

İclasa TBMM-nin sədr müavini, Xalqların Demokratik Partiyasından (HDP) olan depuat Nemətulla Ərdoğmuş rəhbərlik edib.

Xatırladaq ki, Türkiyə Azərbaycana hərbi qüvvə göndərəcək. Ölkənin Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

Layihəyə əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. (Report)

www.parla.az