Türkiyə ordusu 2 Şəhid verdibackend

Türkiyə ordusu 2 Şəhid verdi

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) iki hərbçi şəhid olub.

PARLA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Hakkari bölgəsinin Çukurca rayonunda hərbi bazaya uzaq məsafədən raket mərmilərilə terror hücumu olub.

Nazirlik hücum zamanı iki hərbçinin şəhid olduğunu, cavab atəşi ilə qarşı tərəfin susdurulduğunu açıqlayıb.

www.parla.az